Awesome Image

300-dən artıq məktəblİ "Ağstafa Aqropark"la tanış oldu... 

300-dən artıq məktəbli "Ağstafa Aqropark"la tanış oldu... 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Respublikamızın şəhər və rayonlarının X-XI sinif şagirdləri üçün nəzərdə tutulan “Ölkəmizi tanıyaq” adlı növbəti maarifləndirici tur-aksiyaya start verilib.
Gəncə-Şəmkir-Göygöl-Ağstafa-Qazax-Tovuz marşrutu üzrə keçirilən tur-aksiyada iştirak edən İsmayıllı, Qəbələ, Oğuz, Füzuli, Şəki,İmişli, və Şamaxı məktəblilərindən ibarət qrupların üzvləri martın 25- də Ağstafa Aqroparkda olublar. Tur-aksiya iştirakçılarını Ağstafa Aqroparkın qarşısında müəsissənin rəhbərliyi qarşılayıb.
Daha sonra tur-aksiya iştirakçıları Ağstafa Aqroparkda yaradılan şəraitlə tanış olublar. İştirakçılar taxıl və un rezervuarlarını, mədəniyyət mərkəzini, konfrans zallarını, hazır məhsul anbarını, ikimərtəbəli “fast food” iaşə obyektini gəziblər. Ekskursiya zamanı Ağstafa Aqropark barədə ətraflı məlumat verilib və onları maraqlandıran suallar cavablandırılıb. Daha sonra Ağstafa Aqroparkda iştirakçılar üçün nahar süfrəsi açılıb.Tur- aksiyasında 300 dən artıq şagird iştirak edib.