Çörəyin tarixi bəşəriyyətin yarandığı gündən başlayır.
Bu gün dünyanın elə bir ölkəsi yoxdur ki, orada aparılan arxeoloji qazıntılar zamanı çörəklə bağlı əlamətlərə rast gəlinməsin. Tarixi mənbələrdə eramızdan əvvəl 2-3-cü minillikə aid edilir. Bu müqəddəs nemətə ehtiram həm folklorda, həm də ədəbiyyat da öz əksini daim tapıb.
Azərbaycanda müxtəlif çörək növləri bişirilir: təndir çörəyi, lavaş (yuxa, yayma), fətir, nazik, qalın, kətə, mayasız çörək (cır çörək) – xörəkli çörəyi, bəyim çörəyi, qoz çörəyi, badam çörəyi və s.
Fərqli növdə unlar fərqli pişirmə üçün uyğundur. Hər növdə un fərqli və bir - birindən fərqli xüsusiyyətlərinə görə çox fərqlənir və bu səbədən də "Ağstafa Aqrar Sənaye Kompleksi" MMC çörək istehsalı prosesində dünyanın ən qabaqcıl, standardlarına cavab verən Almanyanın Werner & Pfleiderer Lebensmitteltechnik GmbH şirkətinin çörək istehsalı avadanlığı həmçinində diqqətli peşəkar işçi heyəti ilə Ceyrançöl brendi adı altında ənənəvi, dadı, qoxusu, kefiyyəti ilə 7 çeşiddə çörək və 2 növdə şirniyyat istehsal edir.