Awesome Image

Makaron məmulatları istehsalı

Nə qədər "makaron" dediyimiz zaman ağlımıza gələn ilk şey İtaliya olsa da, makaronun Çin, Yaponiya, Fransada kəşf olunduğunu iddia edənlər də vardır. Hətta bu gün makaron istehlakının ən yüksək olduğu İtaliyaya da bu yeməyin XIV əsrdə italyan taciri və səyyahı Marko Polo (1254-1324) tərəfindən Çin səyahətindən sonra gətirildiyi iddia edilir. Ərəblərin Azərbaycana gəldikləri zamanlar, Azərbaycan mətbəxi əriştə ilə tanış olmuşdur.

Yüksək keyfiyyətli taxıl və yüksək standartlara cavab verən un məmulatlarından istifadə olunaraq Ağstafa Aqrar Sənaye Kompleksi MMC Ceyrançöl brendi adı altında 4 növdə (spageti, penne, fusilli, farfalle) makaron məmulatları istehsal edir. Artıq sizin ağlınıza İtalya və Çin yox "Ağstafa Aqrar Sənaye Kompleksi" MMC-nin Ceyrançöl makaron məmulatları gələcək.

Yeməklərinizin əvəz olunmaz tərkib hissəsi olmaqla qürur duyuruq.