Awesome Image

AASK Avropa Yenidənqurma və İnkişaf Bankı ilə işgüzar görüş keçirdi

Ağstafa Aqrar Sənaye Kompleksi öz inkişaf planına uyğun olaraq qərb bölgəsində mövcud olan Aqrar turizm potensialından istifadə edərək bu sahənin ilk dəfə Azərbaycanda tətbiq edilməsi ilə bağlı layihə hazırlayıb. Mövcud inkişaf planına əsasən müəssisəmiz Vurğun qəsəbəsi ərazisində müasir Otel kompleksinin və müvafiq infrastruktun yaradılması ilə yanaşı dağ turizm sahəsini də həyata keçirtmək niyyətindədir. Bununla bağlı layihə smeta sənədləri hazırlanmış və müvafiq dövlət qurumları ilə razılaşdırıldıqdan sonra tikinti işlərinə başlanılmasına start veriləcəkdir. Eyni zamanda şirkətin törəmə müəssisəsi olan CPS Construction şirkəti regionların sosial-iqtisadi inkişafı dövlət proqramı çərçivəsində Azərbaycanın yerləşdiyi coğrafi əlverişli şəraitdən daha səmərli istifadə etməklə Qazax rayonunda logistika mərkəzinin inşası ilə bağlı beynəlxalq maliyyə qurumları ilə danışıqlarını davam etdirir. 10 fevral 2020 ci il tarixdə Avropa Yenidənqurma və İnkişaf Bankının nümayəndələri ilə təşkil edilmiş görüşdə, Ağstafa Aqrar Sənaye Kompleksinin Müşahidə şurasının sədri Rəsul Orucov çıxışında şirkətlər qrupunun son 10 ildə ölkə iqtisadiyyatının dinamik inkişafı, dövlət tərəfdən xarici investisiyanin təşviq edilməsi üçün yaradılmış imkanlar və əlverişli mühitin mövcud olmasını xüsusi ilə qeyd etmişdir. Görüşdə Qazax Logistika mərkəzinin ölkə iqtisadiyyatına və beynəlxalq nəqliyyat dəhlizinin Azərbaycan üzərindən iqtisadi nöqteyi nəzərdən daha səmərli olması nəzərə çatdırılaraq layihənin maliyyələşdirilməsində Avropa Yenidənqurma və İnkişaf Bankına iştirak etməsi təklif olundu. Öz növbəsində Bank nümayəndələri layihənin nəyin ki, Azərbaycan Respublikasında eləcə də beynəlxalq səviyyədə önəmli olduğu və böyük maraq kəsb etdiyini vurğulayaraq, bankın müvafiq qurumlarının layihə üzərində texniki iqtisadi əsaslandırmalara uyğun təhlilinin aparılmasından sonra müvafiq qərar qəbul ediləcəyini diqqətə çatdırdılar. Görüş çərçivəsində müəssisəmizdə həyata keçirilən layihələr və yeni planlarla qonaqlar əyani olaraq tanış oldu. Azərbaycan Respublikası prezidentinin 2020 ci ilin yanvar ayında Davos iqtisadi formunda önəm veridiyi sahələrdən biri olan Beynəlxalq yük daşıma çərçivəsində qədim ipək yolu xəttinin bütün nəqliyyat sahələri üzrə inkişaf etdirilməsi ölkəmizdə yeni sənaye sahəsində inqilabın ərsəyə gəlməsinə zəmin yaradacaqdır. Müəssisəmiz bu layihənin 2020-2022 ci illərdə birinci fazasının istifadəyə verilməsi istiqamətində bütün imkanlardan istifadə edir.