Awesome Image

Litvalı qonaqlar AASK -da oldular

Litva respublikasının Briştonas şəhərinin nümayəndə heyəti Ağstafa Aqrar Sənaye Kompleksində oldular. 
Nümayəndə heyətinin rəhbəri Birştonas şəhərinin vitse meri Vytas Kederys, Birştonas şəhərinin meriyasının icraçı direktoru Valentinas Vincas Revuckas, Birştonas şəhərinin meriyasının deputatı Kristina Justinaviçiene , Birştonas istilik sistemi kompaniyasının direktoru Gintaras Verseckas, Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının icraçı katibi Tofiq Həsənov Ağstafa Aqrar Sənaye Kompleksində yaradılan şəraitlə tanış olublar. Qonaqlara məlumat verilib ki, inşası artıq yekunlaşmaq üzrə olan Ağstafa Taxıl və Un Məmulatları İstehsalı Kombinatı 5 zavoddan - saatda 25 ton dənli bitkilərin toxum istehsalı və saatda 5 ton paxlalı bitkilərin toxumu istehsalı zavodları, saatda 200 ton emal gücü olan taxıl təmizləmə çeşidləmə və qurutma rezervuarı, sutkada 120 ton istehsal gücü olan taxıl dəyirmanı və qaba yem zavodu, Yarımfabrikat çörək və hazır çörək zavodlarından ibarətdir. Bildirilib ki, burada həmçinin mədəniyyət mərkəzi, 300 yerlik konfrans zalı, hazır məhsul anbarı, iaşə obyektləri, eləcə də standartlara uyğun 140 yerlik yeraltı avtomobil dayanacağı inşa edilmişdir. İaşə obyektində kompleksin istehsal etdiyi çörək, un və qənnadı məhsulları satışa çıxarılacaq. Bildirib ki, Kompleksin yaradılmasında əsasən Almaniya və İsveçrə texnologiyalarından istifadə olunubdur. Ağstafa Aqrar Sənaye Kompleksinin istismarında olan 54 adda kənd təsərrüfatı texnikalarınada baxış keçirən qonaqlara məlumat verilib ki, bu texnikalar vasitəsi ilə məhsul əkinindən biçininədək bütün proseslər həyata keçirilir. Litvalı qonaqlar yaradılan şəraitə və yüksək səviyyədə qonaqpərvərliyə görə minnətdarlıqlarını bildiriblər.