Awesome Image

Ağstafa Aqropark" daha bİr mÖhtəşəm konsertə İmza atdı.

"Ağstafa Aqropark" daha bir möhtəşəm konsertə imza atdı.

18 mart 2019-cu ildə Ağstafa rayon İcra hakimiyyətinin dəstəyi və Ağstafa Aqroparkın təşkilatçılığı ilə Ağstafa rayon sakinləri üçün möhtəşəm “Novruz yarmarkası konserti” keçirildi. Konsert proqramında rayon İcra Hakimiyyətinin kollektivi, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilat rəhbərləri, ictimai təşkilatların nümayəndələri, eləcə də rayon və bölgə sakinləri iştirak edib. Novruzun gəlişini tərənnüm edən atributlarla bəzədilmiş Ağstafa Aqroparkda keçirilən bayram tədbirində ulu babalarımızdan bugünkü nəslə yadigar qalan qədim el sənətləri nümayiş olunub. Bildirildi ki, Novruz bayramı sovetlər birliyi dövründə rəsmən yasaq edilsə də, ümummilli lider Heydər Əliyevin milli ənənə və dəyərlərə daxilən möhkəm bağlılığı bu bayramın xalq arasında sevilərək yaşadılmasını təmin etmiş, folklorşünaslıq və fəlsəfə sahəsində aparılan elmi tədqiqatlarda onun ideoloji-siyasi əhəmiyyəti dolayı şəkildə önə çəkilmişdir. İncəsənət ustalarının və rəqs kollektivlərinin ifasında milli-mənəvi dəyərlərimizin rəmzi sayılan mahnılar və rəqslərdən ibarət rəngarəng konsert proqramı bayram şənliyinin iştirakçılarında xoş ovqat yaradıb. Aparıcılığı Oruc Mansırov və Lalə Azərtaşa həvalə olunan konsert proqramında tanınmış incəsənət nümayəndələri–Abbas Bağırov, Mətanət İsgəndərli, Zakir Əliyev, Mirələm Mirələmov, Sevil-Sevinc bacıları, aşıq Əli və Samirə, Tural Bayramov öz çıxışları ilə izləyicilərə xüsusi zövq yaşadıblar.
"Ağstafa Novruz Yarmarkası" konserti Atv də canlı yayımlanıb.