Awesome Image

Kənd təsərrüfatı nazİrİ İnam Kərİmov Ağstafa Aqroparkda təşkil olunan " Ağstafa Novruz Yarmarkası" ın da oldu. 

Kənd təsərrüfatı nazİrİ İnam Kərİmov Ağstafa Aqroparkda təşkil olunan " Ağstafa Novruz Yarmarkası" ın da oldu.


9,10, 16-21 mart tarixlərində Ağstafada Novruz bayramı ilə bağlı kənd təsərrüfatı məhsullarının satış-yarmarkası keçirilir. Kənd təsərrüfat naziri İnam Kərimov təşkil olunan yarmarkaya baş çəkib, yaradılan şəraitlə maraqlanıb. Nazir jurnalistlərə açıqlamasında bildirib ki, "Yarmarkaların keçirilməsində məqsəd Novruz bayramı ərəfəsində məhsul bolluğu yaratmaq, süni qiymət artımının qarşısını almaqdır. Yarmarkalara fermerlər və qida istehsalçıları öz məhsullarını çıxarıblar. Apardığımız müşahidələr göstərir ki, yarmarkadakı məhsulların qiymətləri bazardakı qiymətlərdən xeyli aşağıdır" . 
Ağstafa Aqroparkda yerləşən Novruz yarmarkası martın 21-dək alıcıların ixtiyarında olacaq.
Sonra Kənd Təsərrüfat naziri İnam Kərimov Ağstafa Aqroparkda yaradılan şəraitlə tanış oldu. Bildirildi ki, Kompleksin yaradılmasında Avropa, əsasən də Almaniya və İsveçrə texnologiyalarından istifadə olunub. Hazırda görülən işlər mütəxəssislərin iştirakı ilə bir daha nəzərdən keçirilir.