Awesome Image

Nəsimi ilinə həsr olunan “Təhsil avtobusu” Ağstafa Aqrar Sənaye Kompleksində

İyulun 27-də "Təhsil avtobusu – Nəsimi" yay məktəbi heyəti, Təhsil Nazirliyinin nümayəndələri, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin nümayəndəsi, həmçinin dəstəkçi, tərəfdaş qurumların nümayəndələri Ağstafa Aqrar Sənaye Kompleksində oldular. Müəssisənin nəzdində fəaliyyət göstərən “ Grünfeld” restoranında qarşılanan qonaqlar üçün daha sonra Ağstafa Aqrar SənayeKompleksinin ərazisində ekskursiya təşkil olundu. Layihə iştirakçılarına müəssisədə yaradılan şəarit, fəaliyyət istiqaməti, həyata keçirilən layihələr və istifadə olunan avadanlıqlar barədə geniş məlumat verildi. Müəssisədə yaradılan müasir standartlara cavab verən şəraitin onlarda xoş təəssürat yaratdığını bildirən layihə üzvləri Ağstafa Aqrar Sənaye Kompleksindəki ekskursiyanın yadda qalan olduğunu bildirdilər. Sonda qonaqlarla xatirə şəkili çəkdirildi. 
Qeyd edək ki, "Təhsil avtobusu – Nəsimi" yay məktəbinin məqsədi, şagirdlərin şəxsi inkişafına stimul vermək, həyata fərqli baxış və dünyagörüşünün formalaşmasına təsir etmək, onların dərsə marağının artımasına şərait yaratmaq və Nəsimi yaradıcılığını tanıtmaqdır.İyulun 29-dək davam edəcək "Təhsil avtobusu – Nəsimi" yay məktəbinin sonuncu tədbiri Şamaxıda keçiriləcək.