Awesome Image

 AASK Qarabağ müharibəsi əlilləri və Şəhid ailələrinə bayram sovqatları payladı

Hər bayram olduğu kimi Novruz bayramında da Ağstafa Aqrar Sənaye Kompleksi ənənəsinə sadiq qaldı.Bayram münasibəti ilə Qarabağ müharibəsi əlilləri və Şəhid ailələrinə bayram sovqatları paylandı. Şirkət əməkdaşlarından ibarət 5 komanda rayon mərkəzidə daxil olmaqla bütün kəndlərdə Ağstafa üzrə qeydiyyatda olan 290 Qarabağ müharibəsi əlili və Şəhid ailəsinə bayram sovqatları təqdim etdilər. Həmçinin sovqatların paylanmasında arb tv nin "Gəzməli Görməli" proqramının çəkiliş qrupuda iştirak edib.