Awesome Image

Elçİn Qulİyev "Ağstafa Aqropark"-ın nəzdİndə fəalİyyət gÖstərən "CPS Constructİon"-nun əməkdaşını mÜkafatlandırdı.

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev "Ağstafa Aqropark"-ın nəzdində fəaliyyət göstərən "CPS Construction"-nun əməkdaşını mükafatlandırdı. Anar Dünyamalıyev “Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə” medalı ilə təltif edildi.

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” sərhəd dəstəsinin Ermənistanla dövlət sərhədində yerləşən sərhəd döyüş məntəqələrinin xidməti-döyüş fəaliyyətini yoxlayıb. Dövlət Sərhəd Xidmətinin rəisi dövlət sərhədində müasir sərhəd mühafizə infrastrukturunun formalaşdırılması, sərhəd döyüş məntəqələrində yeni xidməti binaların inşa edilməsi, yeni yolların salınması, sənaye işığının və qaz xətlərinin çəkilməsi məqsədilə görülən işlərə baxış keçirib.Sərhəd döyüş məntəqələrində tikinti-inşaat işlərinin görülməsində fərqləndiklərinə görə Dövlət Sərhəd Xidmətinin rəisi tərəfindən “Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə” medalı ilə təltif edilmiş yerli sakinlərə medallar təqdim olunub. Mükafatlandırılanlar arasında "Ağstafa Aqropark"-ın nəzdində fəaliyyət göstərən "CPS Construction"-nun əməkdaşı Anar Dünyamalıyevdə var.