Awesome Image

28 may Cümhuriyyətin yarandığı gün

Azərbaycan Cümhuriyyətinin 100 yaşı tamam oldu

Bu gün müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 ili tamam olur.

Cümhuriyyətin yarandığı gün - 28 may Azərbaycanda Respublika günü kimi qeyd edilir.

Qeyd edək ki, 1917-ci ildə Rusiyada baş vermiş inqilab nəticəsində Romanovlar sülaləsinə son qoyuldu. Nəticədə Rus İmperiyası dağıldı. Xalqlar öz müqəddəratlarını özləri həll etməli oldular. Bu imkandan istifadə edərək 1918-ci il mayın 28-də Azərbaycanın milli qayəli, milli təfəkkürlü övladları Məhəmməd Əmin Rəsulzadənin başçılığı ilə Azərbaycan Demokratik Cümhuriyyətini elan etdilər.

Azərbaycan Xalq Cümhuriyyəti təkcə Azərbaycanda deyil, bütün Şərqdə ilk demokratik respublika idi. Bu Respublika parlamentli dövlət idi. Onun dövlət atributları - bayrağı, himni, gerbi qəbul edildi. Üç rəngli bayrağında türkçülük, islamçılıq və avropalaşmaq bir vəhdətdə idi.