Awesome Image

Məhsullar topdan satış qİymətİndən 20 % , bazar qİymətlərİndən İsə 30 - 40 % ucuz qİymətə təklİf olunacaq.

  Ağstafada "Novruz Yarmarkası" keçiriləcəy...Məhsullar topdan satış qiymətindən 20 % , bazar qiymətlərindən isə 30 - 40 % ucuz qiymətə təklif olunacaq. 

Azərbaycan Respublikasının Prezidentinin tapşırığına əsasən əhalinin ərzaq məhsullarının təminatının yaxşılaşdırılması və əlverişli qiymətə almaq imkanının yaradılması məqsədilə, “Ağstafa Aqropark”da kənd təsərrüfatı məhsullarının satış yarmarkası təşkil olunacaq.Novruz bayramı ilə əlaqədar olaraq Ağtafa rayon İcra hakimiyyətinin dəstəyi və “Ağstafa Aqroparkı”ın təşkilatçılığı ilə bayram yarmarkası keçiriləcək. Əsasən kənd təsarüffatı məhsullarının üstünlük təşkil edəcəyi yarmarkada , fast-food tipli xidmətlərdə güzəştli şərtlərlə təklif olunacaq. Yarmarkanın keçirilməsində məqsəd region əhalisinin bayram ərəfəsində kənd təsərrüfatı və ərzaq məhsullarına artan tələbatının tam ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması, eyni zamanda məhsulların daha güzəştli qiymətlərlə təklif olunmasıdır. 9,10, 16, 17, 18, 19, 20, 21 mart tarixlərində hər gün saat 09:00 dan - 15:00 dək əhalinin xidmətində olacaq yarmarkada məhsullar topdan satış qiymətindən 20 % , bazar qiymətlərindən isə 30 - 40 % ucuz qiymətə təklif olunacaq. Novruz atributları ilə milli aurada bəzədilmiş ərazidə alıcılar həm istirahət edəcək,həm də bütün növ yerli kənd təsərrüfatı məhsullarını-meyvə-tərəvəz, müxtəlif çərəzlər, ərzaq məhsulları, ət və süd məhsulları, bal və s. ala biləcəklər. Əsədoğlu firmasının da öz məhsullarını təqdim edəcəyi Novruz yarmarkasında həmçinin Bayram şirniyyatları, suvenirlər, təzə sıxılmış meyvə şirələri , burger və sendiviç , çay və kofe, ayaq üstü tez hazırlanan yeməklər, Novruz xonçaları güzəştli şərtlərlə təklif olunacaq. 18 mart tarixindən isə Yarmarka ilə paralel olaraq eyni məkanda Novruz əyləncələri də başlayacaq. 18 mart saat 18:00 da Respublikanın tanınmış incəsənt nümayəndələrinin iştirakı ilə möhtəşəm konsert proqramı təqdim olunacaq. Novruz Yarmarkasının altıncı günüdə isə yəni 19 mart tarixində saat 13:00 da Qarabağ müharibəsi və Şəhid ailələri üçün bayram konserti təqdim olunacaq. Beləliklə, 8 gün boyunca əhalinin xidmətində olacaq bu məkanda alıcılar həm əylənəcəklər həmdə, ekoloji təmiz, təbii və keyfiyyətli kənd təsərrüfatı məhsullarını əldə edə biləcəklər. 
Xatırladaqki, bu “Ağstafa Aqropark”-ın təşkilatçılığı ilə keçirilən sayca ikinci yarmarkadır. Bundan öncə 24-31 dekabr tarixlərində möhtəşəm “ Qış Yarmarkası ” keçirilib