Awesome Image

  “Ölkəmİzİ tanıyaq” tur-aksİyasının İştİrakçıları Ağstafa Aqroparkda..

  “Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçıları Ağstafa Aqroparkda..

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Respublikamızın şəhər və rayonlarının X-XI sinif şagirdləri üçün nəzərdə tutulan “Ölkəmizi tanıyaq” adlı növbəti maarifləndirici tur-aksiyaya start verilib.
Gəncə-Şəmkir-Göygöl-Ağstafa-Qazax-Tovuz marşrutu üzrə keçirilən tur-aksiyada iştirak edən Zaqatala, Balakən, Qax, Kürdəmir, Saatlı, və Sabirabad məktəblilərindən ibarət qrupların üzvləri martın 17- də Ağstafa rayonuna gəliblər. Şagirdləri Ağstafa şəhərindəki Ağstafa Aqroparkın qarşısında rayon İcra hakimiyyətinin başçısı Məhərrəm Quliyev, və Ağstafa Aqroparkın müşahidə şurasının sədri Rəsul Orucov qarşılayıblar.
Bildirilib ki, ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərinin dərindən öyrənilməsi məqsədilə təşkil edilən bu aksiya gənc nəslin vətənpərvərlik, tarixi-mədəni irsimizə hörmət ruhunda tərbiyə olunmasına, məktəblilərin dünyagörüşünün daha da zənginləşməsinə xidmət edir. 
Daha sonra tur-aksiya iştirakçıları Ağstafa Aqroparkda yaradılan şəraitlə tanış olublar. İştirakçılar taxıl və un rezervuarlarını, mədəniyyət mərkəzini, konfrans zallarını, hazır məhsul anbarını, ikimərtəbəli “fast food” iaşə obyektini gəziblər. Ekskursiya zamanı Ağstafa Aqropark barədə ətraflı məlumat verilib və onları maraqlandıran suallar cavablandırılıb.
Tur- Aksiyasında 300 ə yaxın şagird iştirak edib.