Almanaya FR-nin Azərbayacan Respublikasında olan səfiri Cənab Michael Kindsgrab Ağstafa Agrar Sənya Kompleksi MMC-də rəsmi səfərde olmuşudur. Səfər çərçivəsinde cənab səfirə ilk oncə 2010-ci ildə Almanaya-Azerbayacan dostluğu ilə təməli qoyulmuş AASK nəzdində yaradılmış Ağstafa Agroservis şöbəsinin inzibati ərazisi ilə daha sonra AASK Logistika bölümü ilə tanişliq oldu. Cənab Səfirə 2016-ci ildə təməli qoyulmus AASK digər istehsalat ve saxalanc anabaraları haqqında məlumat verildi. Ərazini xüsusi elektro-avtomobillərlə gəzərək burada aparılan tikinti-inşaat işləri ilə yaxından tanış oldular. Məlumat verildi ki, Ağstafa Agrar Senaye Kompleksi MMC-nin “Toxumluq taxıl emalı”, “Taxıl emalı və un istehsalı” və “Çörək və yarımfabrikatlar istehsalı” üç zavoddan ibarət olacaq. Burada saatda 2,0 ton istehsal gücü olacaq çörək və yarım fabrikatlar sexi , saatda 25,0 ton istehsal güclü toxum istehsal zavodu, 30,0 min tonluq taxıl, 2,0 min tonluq un rezervuarları, mədəniyyət mərkəzi, 300 yerlik konfrans zalı, hazır məhsul anbarı, iki mərtəbəli fasfud iaşə obyekti, 140 yerlik yeraltı avtomobil dayanacağı, yem anbarı yaradılır. Ümumi sahəsi 2,0 min kvadratmetr olacaq fasfud iaşə obyektində kompleksin istehsal etdiyi çörək, un və qənnadı məhsulları təqdim ediləcək. Layihə hazır olduqda 240 nəfər daimi işlə təmin ediləcəkdir.
Daha sonra cenab səfiə istehsal olunan Ceyrancöl brendi altinda olan un hediyye olundu