AASK öz məhsulu, günəbaxan toxumunun satışını həyata keçirdi..
“Ağstafa Aqrar Sənaye Kompleksi” MMC öz məhsulu olan “Dobreni” Günəbaxan toxumunun satışını reallaşdırdı. Saatda 5 ton istehsal gücü olan Petkus avadandlığı ilə çeşidlənən Günəbaxan toxumu müştəriyə təqdim olundu.
Qeyd edək ki, “Ağstafa Aqrar Sənaye Kompleksi” MMC-də iki toxum istehsalı xətti var. Bunlardan biri saatda 5 ton istehsal gücü olan dənli bitkilərin toxum istehsalı xətti, digəri isə saatda 25 ton istehsal gücü olan paxlalı bitkilərin toxum istehsalı xəttidir.