Awesome Image

AASK koronavirusa virusa qarşı profilaktik tədbirlər görür

Ağstafa rayonunda koronavirus infeksiyasına yoluxma hallarına yol verilməməsi və onun qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin daha da gücləndirilməsi məqsədilə həyata keçirilən tədbirlər çərçivəsində " Ağstafa Aqrar Sənaye Kompleksi" ndə də dezinfeksiya işləri aparılıb. Müəssisənin istehsalat sahələri, xidməti otaqlar, ictimai iaşə xidmət obyektləri dezinfeksiya edilib. Eyni zamanda hər kəsə dezinfeksiya tədbirləri ilə yanaşı, hər bir vətəndaşın şəxsi və kollektiv gigiyena tələblərinə riayət etmələrinin vacibliyi də izah edilib. Bundan başqa Nazirlər Kabineti yanında Operativ Qərargahın verdiyi qərarlardan sonra " Ağstafa Aqrar Sənaye Kompleksi"n də də bu istiqamətdə bir sıra addımlar atılıb.Müəssisənin giriş və çıxışları tibb bacısının iştirakı ilə bədənin hərarətini məsafədən ölçə bilən termometrlərlə təchiz edilib və binanın bütün bölmələrində əməkdaşların əllərini dezinfeksiya edə bilmələri üçün xüsusi antiseptik maye qoyulub. Bu proflaktik tədbirlər Ümumdünya Səhiyyə Təşkilatının və Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələri nəzərə alınaraq həyata keçirilir.