Awesome Image

AASK Ağstafada uşaq bağçası tİkəcək..

Ağstafa Aqrar Sənaye Kompeksi, Ağstafada sosial iqtisadi inkişafın sürətlə həyata keçirilməsinə dəstək olaraq, rayonda yeni massiv deyilən ərazidə 110 çarpayılıq müasir uşaq baxçasının tikintisini həyata keçirəcək. Hazırda bu məqsədlə Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Nizaməddin Quliyev Ağstafa Aqrar Sənaye Kompleksinin müraciəti istiqamətində torpaq sahəsinin ayrılması üçün müvafiq göstəriş vermişdir.