"Dialoq və Əməkdaşlıq üzrə Bakı Parlament Platforması" təsis olundu... Ərzaq təhlükkəsizliyi mövzusunda, Ağstafa Aqrar Sənaye Kompleksi Almaniya şirkəti kimi təsis konfransına dəvət aldı...
Bakıda "Dialoq və Əməkdaşlıq üzrə Bakı Parlament Platforması" təsis olunub.Konfransında Azərbaycan Milli Məclisinin deputatı, ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev, Milli Məclis sədrinin müavini, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova, Milli Məclisin deputatı Sahibə Qafarova, ATƏT PA-nın prezidenti Georgi Tsereteli, Almaniya Bundestaqının vitse-prezidenti Tomas Operman, Türkiyə Böyük Millət Məclisinin vitse-spikeri Süreyya Sadi Bilgiç, TBMM-in Daxili işlər komitəsinin üzvü Mustafa Hilmi Dülger iştirak edib.Sülhə və dialoqa töhfə verəcəyi bildirilən,platforma çərçivəsində regional təhlükəsizliyə təhdid yaradan amillərin qarşısının alınması yolları, qarşılıqlı inam və dialoqun gücləndirilməsi, iştirakçı ölkələr arasında əməkdaşlığın keyfiyyətcə yeni səviyyəyə yüksəldilməsi, nəqliyyat və energetika sahələrində mövcud əlaqələrin inkişaf etdirilməsi məsələlərini müzakirə etmək üçün hər ilin iyun ayında Bakıda Regional təhlükəsizlik və əməkdaşlıq üzrə Parlament Konfransı keçiriləcək. Sonra Azay Quliyev "Dialoq və Əməkdaşlıq üzrə Bakı Parlament Platforması"nın koordinatoru seçilib.Sonda Ailə fotosu çəkildi.
Qeyd edək ki, Ərzaq təhlükəsizliyi mövzusunda, Ağstafa Aqrar Sənaye Kompleksi Almaniya şirkəti kimi təsis konfransına dəvət alıb.