"Ağstafa Aqropark" da Qarabağ müharibəsi əlilləri və şəhid ailələri ilə birlikdə Novruz bayramı qeyd olundu...
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin tapşırığına əsasən əhalinin ərzaq məhsulları təminatının yaxşılaşdırılması və əlverişli qiymətə almaq imkanının yaradılması məqsədilə, Ağstafa rayon İcra Hakimiyyətinin dəstəyi və “Ağstafa Aqroparkı”nın təşkilatçılığı ilə keçirilən “ Novruz Yarmarkası” çərçivəsində Qarabağ Müharibəsi əlilləri və şəhid ailələri də diqqətdən kənarda qalmadı.
19 Mart 2019-ci il tarixində Novruz bayramı ilə bağlı Ağstafa rayon İcra hakimiyyətinin və Ağstafa Aqroparkın təçkilatçılığı ilə rayonun Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün bayram tədbiri keçirildi.Tədbirdə rayon İcra hakimiyyətinin başçısı Məhərrəm Quliyev çıxış edərək bildirdi ki, torpaqlarımızın azadlığı uğrunda canından keçən Vətən oğullarının ailələrinə yüksək diqqət və qayğı göstərildiyini bildirib: “Prezident İlham Əliyev şəhid ailələri ilə görüşündə onlara nə qədər yüksək dəyər verdiyini bir daha nümayiş etdirdi. Dövlət başçımız Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş hərbi qulluqçuların ailələrinə, vərəsələrinə birdəfəlik ödəmələrin verilməsi haqqında sərəncam imzalayıb. Həmçinin şəhid ailəsi üçün Azərbaycan Prezidentinin təqaüdünün məbləği artırılıb. Bütün bunlar şəhid ailələrinə göstərilən diqqət və qayğının göstəricisidir.
Tədbirdə 275 şəhid ailəsi və qarabağ müharibəsi əlilinə bayram sovqatları paylanıldı. Sonra səhnədə rayonumuzun tanınmış incəsənət nümayəndələrinin şou proqramı ilə Novruz tədbiri davam etdi.