Awesome Image

Xocalı Soyqırımını Unutmayaq!


1992 ci ilin fevralın 25 - dən 26 - na keçən gecə erməni silahlı dəstələri SSRİ dövründə Xankəndi (Stepanakert) şəhərində yerləşdirilmiş 366 - cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini zəbt etdilər. Hücumdan əvvəl fevralın 25 - i axşam çağında şəhər toplardan və ağır zirehli texnikadan şiddətli atəşə tutlmağa başlanmışdır. Nəticədə şəhərdə yanğınlar baş vermiş və fevralın 26 sı səhər saat 5 radələrində şəhər tam alova bürünmüşdür. Belə bir vəziyyətdə ermeni əhatəsində olan şəhərdə qalmış təqribən 2500 nəfər əhali yaxınlıqdakı azərbaycanlılar məskunlaşmış Ağdam rayonun mərkəzinə qacmaq ümidi ilə şəhəri tərk edmeyə məcbur olmuşdur. Ancaq bu niyyət baş tutmadı. Şəhəri yerlə-yeksan etmiş erməni silahlı dəstələri və monoatıcı alayın hərbiçiləri dinc əhaliyə divan tutdular.
Bu qırğın nəticəsində 613 nəfər həlak olmuşdur, onlardan :
Uşaqlar 63 nəfər
Qadınlar 106 nəfər
Qocalar 70 nəfər
8 ailə tamamilə məhv edilmişdir.
25 uşaq hər iki valideyini itirmişdir
130 uşaq valideyinlərindən 1 – ni itirmişdir
487 nəfər yaralanmışdır , onlardan : uşaqlar 76 nəfər
1275 nəfər əsir götürülmüşdür
150 nəfər itkin düşmüşdür
Dövlətin və əhalinin əmlakı yarasız hala düşmüşdür.