Awesome Image

"Ağstafa Qış Yarmarkası" regionda ilkə imza atdı (video)

Azərbaycan Respublikası prezidentinin sərəncamına uyğun olaraq regionların sosial- iqtidasi inkişafı dövlət proqramlarının icrasında yaxından iştirak etmək məqsədi ilə Ağstafa rayon Vurğun qəsəbəsində fəaliyyət göstərən Ağstafa Aqrar Sənaye Kompleksi 24 dekabrdan başlayaraq 31 dekabr 2019 cu il tarixə qədər “Ağstafa Qış Yarmarkası” çərçivəsində silsilə tədbirər həyata keçirməklə regionda yaşayan əhalinin bayram əhval ruhiyyəsinin yüksəldiməsinə nail olmuşdur. Burada vətəndaşlara müxtəlif xidmətlər, əl işlərinin sərgi-satışı, ekoloji təmiz kənd təsərrüfatı məhsulları, həmçinin regionun milli atributlarını əks etdirən suvenirlər təqdim edildi. Bununla yanaşı əsl bayram əhval ruhiyyəsini yaşatmaq üçün ayrı-ayrı günlərdə Respublikanın tanınmış incəsənət nümayəndələrinin iştirakı ilə konsert proqramları təqdim edilmişdir.
Yarmarka çərçivəsində Ağstafa rayonunda qeydiyyatda olan bütün şəhid ailələrinə və Qarabağ əlillərinə fərdi dəvətnamələr paylanaraq bayram tədbirlərinə qatılması təmin edilmiş, xalq və əməkdar artistlərin ifasında rəngarəng muğam və xalq mahnıları təqdim edilmişdir. Tədbirin sonunda dəvət olunmuş qonaqlara bayram sovqatları verilmişdir.
28-29 dekabr 2019- ci il tarixlərində Ağstafa şəhər və kənd məktəbə qədər təhsil ocaqlarının şagirdləri üçün bayram şənliyi keçirilməsi məqsədi ilə xüsusi proqramlar təşkil olunmuş və sonda hər bir uşağa yeni il hədiyyəsi təqdim edilmişdir.


31 dekabr 2019- ci il tarixdə Ağstafa Qazax və Tovuzda fəaliyyət göstərən özəl müəssisə və təşkilatların nümayəndələri eləcə də digər qonaqlar üçün bayram konserti keçirilmişdir. 3 saat yarım davam edən konsert atəşfəşanlıqla başa çatmışdır. Tədbirin sonunda Xalq artisti Bilal Əliyevin ifasında Azərbaycan xalqının Ümumillli Heydər Əliyevin xatirəsinə yazılmış “Heydər Ata” mahnısı səslənmişdir.
“Ağstafa Qış Yarmarkası”- nın keçirildiyi dövr ərzində vətəndaşların əraziyə gətirilməsi üçün pulsuz nəqliyyat vasitələri də ayrılıb.
Silsilə tədbirlər yeni ilin ilk günlərində davam etdirilərək 5 yanvar 2020 ci il tarixinə qədər davam etmişdir.
Xatırladaq ki, 24-31 dekabr tarixlərində əhalinin xidmətində olan “Ağstafa Qış Yarmarkası” Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi, “Aqrar Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyətinin və Ağstafa Aqrar Sənaye Kompleksinin təşkilatçılığı ilə həyata keçirildi.